Böyük Britaniya hökuməti gənclərin ali təhsilə yönləndirilməsi ilə bağlı əvvəlki hədəfi dəyişib. Belə ki, Keir Starmerin rəhbərlik etdiyi yeni kabinet ölkədə gənclərin yalnız universitetlərdə deyil, həm də digər yüksək səviyyəli bacarıq proqramlarında, o cümlədən təcrübə və ixtisasartırma kurslarında iştirakını dəstəkləməyi qarşıya məqsəd qoyub.

Qeyd edək ki, bu qərar ilə birlikdə əvvəlki illərdə tətbiq edilən “50 faiz gəncin universitet təhsili alması” hədəfi ləğv olunub. Yeni strategiya isə gənclərin əmək bazarına daha çevik və bacarıqlı şəkildə hazırlanmasına xidmət edəcək.
Mütəxəssislərin fikrincə, hökumətin bu addımı ölkədə peşə təhsilinə marağı artıracaq, iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı kadr ehtiyacının ödənilməsinə imkan verəcək.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
