Bu gün:

Pişiklərin bədən dili


Pişikləri necə tanıyırıq? Biz əslində bədən dilinin köməyi ilə pişikləri çox asanlıqla başa düşə bilərik. Pişiklərin bədən dili bizə çox şey deyir. Əsrlər boyu sirli, tənha və inanılmaz canlılar olaraq görülən pişiklər əslində ünsiyyətə çox açıqdırlar.


Pişiklərin bədən dili bir sıra qeyri-şifahi mesajlardan ibarətdir ki, bu da bəzən çaşdırıcı ola bilər. Bəlkə də insanlar bunu başa düşməkdə çətinlik çəkdiyi üçün vəziyyət bir az qarışıq görünə bilər. Pişiklər narahatlıqlarını və ya xoşbəxt olduqlarını bədən dili vasitəsilə çatdırmağa çalışırlar.


1.Qulaqlar

Pişiklər də duyğularını və niyyətlərini qulaqları ilə ifadə edirlər. Məsələn, irəli baxan qulaqlar maraq ifadə edir, pişiyin qulaqları nə qədər yan və arxaya çevrilirsə, pişiyin sıxıntısının çox olduğunu göstərir. Arxa qulaqlar pişiyinizin təhdid hiss etdiyini və ya etdiyiniz işi bəyənmədiyini göstərən bir işarədir. Xüsusilə fısıltı varsa, onu tək buraxmağınız doğru olar.


2.Gözlər

Pişiklərin göz qapaqlarının açıq və ya qapalı olması ,göz bəbəyinin genişlənməsi və ya daralması ilə öz duyğularını çatdırmağa çalışırlar.

Göz bəbəyinin qəfil genişlənməsi qorxu və ya marağı ifadə edir. Geniş açılmış gözlər özünə inam, gözü qıymaq qorxu və ya aqressiyadan xəbər verə bilər.


Əgər pişiyiniz  yuxulu göz qapaqları ilə sizə baxırsa, bu, pişiyinizin özünü rahat və təhlükəsiz hiss etdiyinə işarədir. Həmçinin, əgər pişiyiniz gözünü qırpmadan başqa bir pişiyə baxırsa, bu, digər pişikdən intiqam almaq istəyidir.


3.Quyruq

Pişik quyruğu diqqət, sevgi və həyəcan kimi bir çox duyğuları göstərən bir ünsiyyət üsuludur. Quyruğun hansı istiqamətə necə hərəkət etməsinin hündürlüyü ilə yanaşı mühüm mənaları var. Pişiklər sizə yaxınlaşmaq istədikdə quyruqlarını yuxarı qaldırır, bu, sizə sevdiyinin əlamətidir. Quyruq yelləmək çox vaxt məsafəni saxlamaq üçün bir siqnaldır.


İrəli-geri hərəkət edən quyruq oynamaq istəyi  və ya pişiyinizin əsəbləşdiyinin göstəricisi ola bilər. Quyruqdakı tüklər ayağa qalxırsa, bu, pişiyin müdafiə vəziyyətində olduğunu göstərir. Quyruq dikdirsə və lələkləri yuxarıdırsa, pişik hücuma və döyüşməyə hazırdır. Əgər pişik quyruğunu ayaqlarının arasına salıbsa, bu o deməkdir ki, çox qorxur.


Mənbə: Habertürk

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et