Ay tutulması, Yerin Günəş və Ay arasında yerləşərək Ayın üzərində kölgəsini yaratdığı təsirli bir göy hadisəsidir. Tam Ay tutulmasında Ay qırmızı rəng alır və buna görə də “qanlı Ay” adlanır. Bu hadisə yalnız tam Ay zamanı baş verir və üç növü var: tam, qismən və sələvi tutulma.
Tarixi və elmi araşdırmalar göstərir ki, Ayın fazaları – xüsusilə tam Ay – yuxuya təsir edə bilər. Ayın işıq gücü melatoninin sintezini azaldaraq yuxuya getməyi çətinləşdirir, dərin yuxu fazalarını qısaldır və yuxuya düşmə müddətini uzadır. Ay tutulması zamanı insanların hadisəni izləmək üçün gecə yatmadan qalması və qanlı Ayın mistik təsiri yuxunu daha da poza bilər.
Mədəniyyətlərdə Ay tutulması dəyişikliklər, sirlər və xüsusi enerjilər ilə əlaqələndirilir ki, bu da yuxu pozuntularına səbəb ola bilər. Daha yaxşı yatmaq üçün tutulma zamanı qısa dincəlmək, işıqları azaltmaq və meditasiya və sakitləşdirici musiqi kimi rahatlama üsullarından istifadə etmək tövsiyə olunur.
Mənbə: Billerbeck Onlineshop
Tərcümə etdi: Arzu Qafarova