Elm aləmində təkamül proseslərini izah etmək üçün təklif edilən müxtəlif nəzəriyyələrdən biri olan “neytral nəzəriyyə” genetik müxtəlifliyin təkamül mexanizmlərinin başa düşülməsində mühüm rol oynayır.

1968-ci ildə yapon genetiki Motoo Kimura tərəfindən təklif edilən Neytral Molekulyar Təkamül Nəzəriyyəsi təkamül dəyişikliklərinin əksəriyyətinin təbii seçmə yolu ilə deyil, neytral mutasiyaların genofondda təsadüfi yayılması ilə baş verdiyini müdafiə edir.
Bu nəzəriyyəyə görə, canlıların DNT-sində meydana gələn mutasiyaların əhəmiyyətli bir hissəsi orqanizmə nə üstünlük, nə də zərər verir. Başqa sözlə, bu mutasiyalar "neytral" olaraq təyin olunur. Belə mutasiyalar təbii seçmə təzyiqi olmadan genetik sürüşmə yolu ilə nəsillərə yayıla bilər.
Mütəxəssislərin fikrincə, Neytral Nəzəriyyə xüsusilə zülal ardıcıllığının oxşarlığını və növlər arasında genetik fərqlilik dərəcəsini izah etmək üçün güclü bir çərçivə təklif edir. Buna görə də nəzəriyyə müasir təkamül biologiyasının təməl daşlarından biri hesab olunur.
Bu gün bir çox tədqiqatçı Neytral Nəzəriyyənin təkbaşına bütün təkamül dəyişikliklərini izah edə bilməyəcəyini, ancaq təkamül proseslərini daha geniş şəkildə başa düşmək üçün təbii seçmə ilə birlikdə işlədiyini bildirir.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
