Səhiyyədə ən mühüm profilaktik üsullardan biri olan vaksinlər insan orqanizmini müxtəlif xəstəliklərdən qorumaq üçün hazırlanmış bioloji məhsullardır. Onlar immunitet sistemini stimullaşdırır, xəstəlik törədən mikroorqanizmlərə əvvəlcədən hazırlaşmağa imkan verir.

Mütəxəssislərin fikrincə, vaksinlərin tərkibində xəstəlik törədən mikrobların hamısının və ya bəzilərinin zəifləmiş və ya təsirsiz hala salınmış formaları var. Bu yolla orqanizmə zərər vermədən immunitet təmin edirlər. Peyvənd edilmiş insanda immun sistemi mikrobu tanıyır və faktiki xəstəliklə qarşılaşdıqda onu zərərsizləşdirmək üçün tez antikorlar istehsal edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, peyvəndlər sayəsində hər il milyonlarla insan xilas edilir. Çiçək xəstəliyinin tamamilə məhv edilməsi və poliomielit və qızılca kimi xəstəliklərə qarşı əhəmiyyətli mübarizə peyvəndlərin ən konkret nailiyyətlərindəndir.
Bu gün peyvəndlər körpəlikdən yetkinliyə qədər bir çox xəstəliyə qarşı tətbiq edilir. Bunlar arasında hepatit, qızılca, parotit, suçiçəyi, difteriya, tetanoz, göyöskürək, qrip və COVID-19 önə çıxır. Səhiyyə mütəxəssisləri sürü toxunulmazlığı üçün müntəzəm peyvəndlərin vacib olduğunu bildirirlər. Onlar xəbərdarlıq edirlər ki, peyvənddən imtinanın artması epidemiyaların yenidən canlanmasına səbəb ola bilər.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
