Bu gün:

Andromedanı ilk dəfə fotoşəkilə köçürən Isaac


Isaac Roberts 1829-cu ildə Uelsdə kəndli ailəsində anadan olub. Uşaqlıqda çox imkanlı təhsil almasa da, sonradan Liverpoolda tikinti sahəsində işləyib və uğurlu usta kimi tanınıb.

O, gündüzlər tikinti işində olur, gecələr isə göyə baxaraq astronomiya ilə məşğul olub. Elm sevgisinə görə müxtəlif fənlər öyrənib, xüsusilə də astronomiyaya marağı güclənib. 1888-ci ildə Roberts böyük bir nailiyyət əldə edib. O, Andromeda qalaktikasının ilk aydın fotosunu çəkib və onun spiral formasını dünyaya göstərib. Bu şəkil əvvəlki müşahidələrdən tam fərqli idi, çünki onun icad etdiyi xüsusi saat mexanizmi teleskopu 105 dəqiqə eyni nöqtədə saxlayıb. Bu uzun ekspozisiya sayəsində minlərlə ulduz görünməyə başlayıb, halbuki əvvəlki şəkillərdə çox az ulduz seçilib.

Roberts əvvəl Liverpoolda yaşayıb və orada öz observatoriyasını qurub. Ancaq havanın çirkli olması və onun xroniki xəstəliyi səbəbindən Sussexə köçüb. Orada daha təmiz səmalar altında işini davam etdirib və təsadüfən məşhur yazıçı Arthur Conan Doyle-un qonşusu olub. 1896-cı ildə günəş tutulmasını izləmək üçün Norveçə gedərkən Paris Rəsədxanasının alimi Dorothea Klumpke ilə tanış olub. Onlar evləniblər və Roberts ömrünün son illərində Dorothea ilə birlikdə göy cisimlərinin fotoşəkillərini çəkməyə davam edib.

Mənbə: BBC News 

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et