Ədəbiyyat təkcə əyləncə deyil, həmçinin insanın düşüncə dünyasını genişləndirən və həyata baxışını dəyişən güclü vasitədir. Tarix boyu bəzi əsərlər cəmiyyətlərə dərindən təsir etmiş və nəsillər boyu oxunmağa davam edib. Hər kəsin mütləq oxumalı olduğu 5 kitabı təqdim edirik.

1. Cinayət və Cəza - Fyodor Dostoyevskinin
Bəşəriyyətlə onun vicdanı arasındakı qarşıdurmanı parlaq şəkildə əks etdirən bu şah əsər təkcə rus ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatının məhək daşıdır. Raskolnikovun daxili hesablaşması oxucunu dərin düşüncəyə sövq edir.

2. 1984 - Corc Oruell
Totalitar rejimlərin ayrı-ayrı şəxslərə zülmünü təsvir edən bu distopiya romanı bu gün də aktuallığını qoruyub saxlayır. Oruell azadlığın dəyərini və həqiqət anlayışının necə asanlıqla idarə oluna biləcəyini təəccüblü şəkildə nümayiş etdirir.

3. Xəz Paltolu Madonna - Sabahattin Əli
Türk ədəbiyyatının unudulmaz əsərlərindən biridir. Məhəbbət, tənhalıq və daxili konfliktləri sadə, lakin təsirli bir dillə təsvir edən roman nəsillər boyu ən çox oxunan kitablardan biri olaraq qalır.

4. Səfillər - Viktor Hüqo
Ədalət, mərhəmət və insanlıq dəyərlərinə əsaslanan bu epik əsər Jan Valjanın həyat mübarizəsi vasitəsilə sosial ədalətsizlikləri ifşa edir.

5. Balaca Şahzadə - Antuan de Sent-Ekzüperi
Uşaq kitabı kimi görünsə də, əslində hər yaşdan insana xitab edən fəlsəfi şah əsərdir. Onun həyat, dostluq və məhəbbət haqqında dərin mesajları illərdir bütün dünyada oxunur.
Bu beş kitab təkcə ədəbi aləmin deyil, həm də bəşər tarixinin kollektiv yaddaşında qalan əsərlərdir. Müxtəlif dövrlərdə yazılsa da, hamısı insan ruhuna toxunan ümumbəşəri dəyərlər daşıyır.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
