Bu gün:

Təbii daşların real təsiri varmı?


Son illərdə təbii daşlar və kristallar həm zərgərlikdə, həm də alternativ müalicədə diqqəti cəlb edir. Bir çox insanlar ametistdən kvarsa qədər müxtəlif mineralların mənəvi tarazlığı təmin etdiyinə, stressi azaltdığına və ya fiziki müalicəyə töhfə verdiyinə inanır. Ancaq bu daşların həqiqətən elmi olaraq sübut edilmiş təsiri varmı?

Mütəxəssislərin fikrincə, təbii daşların insanlara birbaşa fizioloji müalicəvi təsiri olduğuna dair heç bir elmi sübut yoxdur. Psixiatrlar və nevroloqlar bildirirlər ki, bu cür təsirlər daha çox "plasebo" effektləri və ya inanc gücü ilə əlaqəli ola bilər. Bir sözlə, bir daşın sizin üçün faydalı olacağına inanmaq əhvalınıza müsbət təsir göstərə bilər.

Digər tərəfdən, geoloqlar təbii daşların əmələ gəlmə prosesləri və struktur xüsusiyyətləri baxımından füsunkar təbiətini vurğulayırlar. Milyonlarla illik geoloji hərəkət nəticəsində yaranan bu minerallar bəşər tarixi boyu ornamentlərdə, memarlıqda və mərasimlərdə mühüm rol oynayıb. Nəticə olaraq qeyd edək ki, təbii daşların “enerji yaydığı” iddiaları elmi cəhətdən əsaslandırılmasa da, insanların bu daşlardan mənəvi güc əldə etməsi mümkündür. Başqa sözlə, onların təsirləri inanclar və psixologiya ilə formalaşır.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et