Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən alınan məlumata görə, 24media.az xəbər verir ki, 25 avqust tarixində Agentlikdə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və Rumıniya arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə və resurs mübadiləsinin təşviqi, dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, həmçinin qarşılıqlı səfərlər və mediaturların təşkilinin tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
Arzu Qafarova
