Bu gün:

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az bildirir ki, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb. Qeydiyyat 25 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunanlar qeydiyyatdan keçmək üçün portal.edu.az saytına daxil olub, “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqlənməsi, eləcə də tələb olunan sənədlərin yüklənməsi mümkündür.

Nəzərə alın ki, qeydiyyat prosesini tamamlamayan şəxslər qəbul olunanların siyahısından çıxarılacaqlar.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et