Kriminologiya sosial təminat və ədalətin təmin edilməsi üçün elmin ən mühüm sahələrindən biridir. Latınca cinayətn (cinayət) və yunanca logos (elm) sözlərindən yaranan kriminologiya cinayəti, cinayətkarları və cinayətin cəmiyyətə təsirlərini öyrənən fənlərarası bir sahədir.

Kriminologiyanın əsas məqsədi cinayətin səbəblərini araşdırmaq, cinayət törədən şəxslərin psixoloji və sosial aspektlərini dərk etmək və cinayətlərin qarşısının alınması üçün effektiv metodlar hazırlamaqdır. Bu, təkcə cinayət törədildikdən sonra deyil, baş verməmişdən əvvəl də qabaqlayıcı tədbirlərin görülməsinə imkan verir.
Kriminoloji biliklərdən hadisə yerinin araşdırılmasından tutmuş məhkəmə psixologiyasına qədər bir çox sahədə istifadə olunur. Cinayət davranış nümunələrini anlamaq, cinayət sahələrini təhlil etmək və qabaqlayıcı strategiyalar hazırlamaq üçün istifadə olunur. Cinayətkarların şəxsiyyət quruluşu, cinayətin törədilmə üsulu və sosial təsirlər kriminoloji baxımdan qiymətləndirilir. Cinayət törətmiş şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası və təkrar cinayətlərin qarşısının alınması üçün kriminoloji üsullardan istifadə edilir. Universitetlərdə və tədqiqat mərkəzlərində cinayət və hüquq pozuntularına dair araşdırmalar aparılır.
Kibercinayətkarlıq, mütəşəkkil cinayət qrupları, terrorizm və sosial hadisələr kriminologiyanın maraq dairələri arasındadır. Kriminoloqlar risk xəritələri yaratmaq, cinayətin cəmləşdiyi sahələri müəyyən etmək və təhlükəsizlik siyasətinin inkişafına töhfə vermək üçün məlumatları təhlil edirlər.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
