Bu gün:

“L” hərfi insanların dürüstlüyünü əks etdirə bilər


Əl yazısı insanın xarakterinin gizli xəritəsi kimidir və mütəxəssislərin fikrincə, bu xəritədəki bəzi kodlar şəxsin dürüstlüyü barədə mühüm ipucları verə bilər. Qrafoloqların – yəni əl yazısı mütəxəssislərinin – ən çox diqqət çəkdiyi işarələrdən biri isə “L” hərfidir.

Hər bir insanın özünəməxsus yazı tərzi var və bu yazı düşündüyümüzdən daha çox məlumatı üzə çıxarır. Qrafoloqlara görə, hərflərə verdiyimiz forma stress səviyyəmizdən yaradıcılıq qabiliyyətimizə qədər 5 minə yaxın şəxsi xüsusiyyətimizi göstərir. Hətta mütəxəssislər iddia edirlər ki, yazıya baxaraq insanın yalan danışıb-danışmadığını da müəyyənləşdirmək mümkündür.


Mütəxəssislərin araşdırmalarına görə, insan yalan danışmağa və ya nəyisə gizlətməyə meyillidirsə, “L” hərfinin üfüqi xəttini normadan daha qısa yazır. Bu kiçik və çox vaxt nəzərə çarpmayan detal qrafoloqlar tərəfindən “bir şeyi gizlətmək” və ya “ifşa olunmaqdan qaçmaq” istəyinin şüuraltı əks-sədası kimi şərh edilir.


Qrafoloqlar bildirirlər ki, yalan danışma meyilini göstərən tək işarə “L” hərfi deyil. Əl yazısında görünən digər bəzi anormallıqlar da şübhə yarada bilər:

• Sıx və nizamsız hərflər – yazının ümumi axınına uyğun gəlməyən, yığcam və ya qeyri-düzgün hizalanmış sözlər.

• Stildə dəyişiklik – birdən-birə böyüyən və ya kiçilən hərflər, ümumi yazı tərzindən fərqli görünən kəlmələr gizlətmə cəhdinin göstəricisi ola bilər.


Mütəxəssislər vurğulayırlar ki, bu işarələr heç vaxt qəti hökm demək deyil, lakin insanın niyyətləri barədə ipucu verə bilər və diqqətli olmaq üçün xəbərdarlıq xarakteri daşıyır.


Mənbə: Sözcü 

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et