Bu gün:

Rezidenturaya qəbul olunan namizədlər üçün elektron qeydiyyat prosesi başlayır


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliynin məlumatına əsasən, 24media.az xəbər verir ki, 21 avqust saat 11:00-dan etibarən ali təhsilin rezidentura pilləsinə qəbul olunmuş namizədlər üçün elektron qeydiyyat prosesi açılacaq.

Namizədlər https://portal.edu.az/ saytına daxil olaraq “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Bu xidmət vasitəsilə şəxsi və qəbul məlumatlarını təsdiqləmək, həmçinin tələb olunan sənədləri əlavə etmək mümkündür.

Qeydiyyat prosesini tamamlamayan və təhsil müəssisəsindən təsdiq almayan namizədlər qəbul siyahısından çıxarılacaqlar.

Elektron qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq. 

Qeyd edək ki, elektron qeydiyyat sayəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt və ya "eManat" vasitəsilə ödəyə bilərlər. Nağdsız ödəniş üçün portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə mümkündür.

Rəna Qarayeva


Paylaş
Şərh əlavə et