Bu gün:

Proteazom nədir?


Hüceyrələrimiz davamlı olaraq zülal istehsal edir və istifadə edir, köhnələrini parçalayaraq yenilərini yaradır. Bu dövrün sağlam işləməsindən məsul olan ən mühüm strukturlardan biri proteazomdur.

Proteazom hüceyrə daxilində yerləşmiş, qüsurlu, zədələnmiş və ya artıq istifadə olunmayan zülalları parçalayan böyük bir ferment kompleksidir. Bu sistem zibil atma funksiyasını yerinə yetirir: lazımsız zülallar işarələnir və proteazoma göndərilir, burada daha kiçik parçalara bölünür. Nəticədə yaranan amin turşuları daha sonra yeni zülalların istehsalı üçün yenidən istifadə oluna bilər.

Hüceyrə məhv edilməli olan zülalı "ubikitin" adlı kiçik etiketlə qeyd edir. Bu işarələnmiş protein proteazom tərəfindən tanınır və parçalanır. Bu proses hüceyrə daxilində protein balansını qoruyur.

Son illərdə proteazom inhibitorları xüsusilə xərçəngin müəyyən növlərinin müalicəsində istifadə olunmağa başlanıb. Bu dərmanlar proteazomun fəaliyyətini müvəqqəti dayandıraraq, xərçəng hüceyrələrinin nəzarətsiz böyüməsinin qarşısını alır.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et