20 Avqustadək, büdcə yerlərinə qəbul edilməyən Moskva məktəblərinin məzunları bələdiyyə təqaüdünə müraciət edərək tamamilə ödənişsiz yaradıcı ixtisaslar üzrə təhsil ala bilərlər.
"Tehsil365" "Российская газета"ya istinadən xəbər verir ki, şagirdlər Stroganovka, Gnesinka, Moskova Dövlət Bədii Teatr Məktəbi, VGIK və ölkənin digər 28 prestijli təhsil müəssisəsindən seçim edə bilərlər. Birləşmiş Dövlət İmtahanında kifayət qədər bal toplaya bilməyən və ya yaradıcılıq testində uğursuz olanlar da memarlıq, musiqi, rəsm, xoreoqrafiya və kino proqramlarından birini seçərək universitetə qəbul olmaq şansına malikdirlər.
Kamançı və Rusiyanın Mədəniyyət və İrsin Qorunması Dövlət Komissiyası başçısının müavini Pyotr Lundstrem, hibələrin xüsusən böyük ailələrdən gələn uşaqlara kömək edəcəyini vurğulayıb.
Svetlana Semerenko, Gələcəyin Peşələri Mərkəzindən, bu təhsil sayəsində tələbələrin teatr, muzey, filarmoniya, tədbir agentlikləri, film studiyaları və qalereyalarda iş tapma imkanlarının olacağını qeyd edib.
Mənbə: Российская газетa
Tərcümə etdi: İlhamə Nurəhmədova
