Sümük iliyi transplantasiyaları yalnız müalicə məqsədilə deyil, eyni zamanda ömrün uzanması, beyin funksiyalarının və immun sisteminin güclənməsi ilə də əlaqələndirilir.
Metformin isə əsasən 2-ci tip diabetin müalicəsində istifadə olunur. Ancaq tədqiqatlar göstərir ki, bu dərman qocalma ilə bağlı artan oksidləşmə və iltihabı azaldır. Bunun nəticəsində hüceyrələrin yenilənməsi artır, qocalmış hüceyrələrin fəaliyyəti zəifləyir və orqanizmin ümumi sağlamlığı yaxşılaşır.
Ümumilikdə, səhiyyənin fərdiləşdirilməsi və qocalma mexanizmlərinin daha dərindən öyrənilməsi ilə insanların yalnız daha uzun deyil, həm də daha sağlam yaşaması mümkün görünür. Elm adamları hesab edirlər ki, yaxın gələcəkdə 100 yaş “yeni 60 yaş” sayıla bilər – genetik, biotexnoloji və tibbi inkişaflar sayəsində.
Mənbə: SciTechDaily
Tərcümə etdi: Arzu Qafarova
