Bu gün:

Təmizləmə nədir?


Gündəlik həyatda tez-tez eşitdiyimiz “təmizləmə” sözünün əslində bir çox sahələrdə fərqli mənaları var. Əsasən, təmizləmə bir maddədən çirkləri, kirləri və ya arzuolunmaz komponentləri çıxarmaq prosesinə aiddir.

Elm dünyasında təmizlənmə kimya, biologiya və ətraf mühit mühəndisliyi kimi sahələrdə mühüm yer tutur. Məsələn, içməli suyun təmizlənməsi, havanın süzülməsi və əczaçılıq istehsalında istifadə olunan maddələrin ayrılması təmizlənmə proseslərinə əsaslanır.

Kimyada təmizləmə üsullarına distillə, kristallaşma, filtrasiya və xromatoqrafiya daxildir. Qida məhsullarında neft emalı, meyvə şirəsinin aydınlaşdırılması və duzun təmizlənməsi ümumi nümunələrdir. Mütəxəssislərin fikrincə, təmizlənmə təkcə maddələr üçün deyil, simvolik olaraq da istifadə edilə bilər. İnsan münasibətlərində və ya düşüncə aləmində “təmizləmə” artıqlığı aradan qaldıraraq mahiyyəti qorumaq deməkdir.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et