İsveçrə mediası dünyanın ən bahalı altı internat tipli məktəbinin bu ölkədə olduğunu və illik təhsil haqlarının 122 min 400 – 183 min ABŞ dolları arasında dəyişdiyini bildirib. Bu məktəblər zəngin ailələr və krallıq üzvləri arasında populyardır, həm akademik, həm də idman imkanları ilə seçilir.

24media "World Journal"a istinadən xəbər verir ki, ilk üçlükdə Institut auf dem Rosenberg (183 min $), Institut Le Rosey (167 min $) və Aiglon College (163,8 min $) yer alır. Siyahıda həmçinin Alpin Beau Soleil, La Garenne və Lyceum Alpinum Zuoz məktəbləri var. Mezunları arasında krallar, şahzadələr, məşhur aktyorlar və iş adamları mövcuddur.
Məktəblərin hamısı Alp dağlarında yerləşir, kampuslarında xizək sürmək, atçılıq, yelkən kimi imkanlar var. İsveçrəli ailələr üçün bu məktəblər çox vaxt əlçatan olmasa da, ölkədə əsasən yerli uşaqlar üçün nəzərdə tutulmuş təxminən 100 internat tipli məktəb də fəaliyyət göstərir.
Mənbə: World Journal
Tərcümə etdi: İlhamə Nurəhmədova
