Bu gün:

Antraktidanın bilinməyən tərəfləri


Antarktida haqqında öyrəndiyinizdə təəccüblənəcəyiniz maraqlı faktları təqdim edirik.

• Antarktida yerli əhalisi olmayan yeganə qitədir. Bu qitədə yaşayan insanlar adətən 3-6 ay müddətində bölgəyə araşdırma aparan alimlər idi.
• Antarktidada tapılan balıqlarda antifriz proteini var. Bu zülal balıqların şaxtalı soyuqda sağ qalmasına imkan verdi.

• Adolf Hitler balina yağı toplamaq üçün Antarktidaya ekspedisiya göndərdi. Bu yağı toplamaqda məqsəd marqarin hazırlamaq və silahlarda istifadə üçün idi.

• Antarktidada günəşin çıxmadığı aylar var. Antarktidada qışda qitə günəşdən kənara əyildiyi üçün günəş çıxmır. Yayda isə bunun əksi doğrudur, qitə günəşə doğru əyildiyi üçün bütün yay boyu günəş heç vaxt batmır.

• Antarktidada tərtərləyirsənsə, ölmək üzrəsən. Antarktidada vaxt keçirən insanlar qütb bölgələrində tərləmənin hipodermiya əlaməti olduğunu düşünürdülər. Bu ölümcül hadisənin qarşısını almaq üçün bədən istiliyini tənzimləyə bilən paltarlar seçilməlidir.

• Antarktidada işləyən insanlar medallarla təltif olundular. 1960-cı ildə Amerika Birləşmiş Ştatları tərəfindən hazırlanmış Antarktika Xidmət Medalı, Amerika Birləşmiş Ştatlarının Antarktika Proqramı tərəfindən 2008-ci ildən etibarən ən azı 10 gün buzlaqda işləyən Amerika Birləşmiş Ştatları ordusunun üzvlərinə və hətta ABŞ vətəndaşlarına verilir.

• Antarktida ABŞ və Meksikanın ərazisinin cəminə və ya Avstraliyanın iki qatına bərabərdir.

• Antarktidada qan şəlaləsinə bənzəyən bir buzlaq var. Qan şəlaləsi adlanan bu buzlaq dəmirlə zəngin olduğundan qan şəlaləsinə bənzəyirdi və tərkibindəki dəmir oksigenlə təmasda olduqda qırmızıya çevrilirdi.

• Cənub qütbündən pinqvinlərin nəcisi “quano” adlanır. Bu nəcis, oksigen aldıqda, gülüş qazı olaraq da bilinən yüksək miqdarda azot oksidi tərkibində var.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et