Fransada 44 yaşlı kişi 30 ildən artıqdır ki, ayaqlarında yüngül yorğunluq və uyuşma şikayəti ilə həkimə müraciət edib. Beyin CT taraması və MRT onun kəllə sümüyünün böyük bir hissəsinin beyin toxuması əvəzinə onurğa beyni mayesi (CSF) ilə dolu olduğunu ortaya qoyub.

Mütəxəssislər bu vəziyyətin nadir hallarda rast gəlinən hidrosefaliya (beynində maye yığılması) olduğunu və çox güman ki, uşaqlıq dövründəki xəstəlik və ya anadangəlmə anomaliya səbəbindən xəstənin beyin toxumasının incəldiyini bildiriblər.
Beyinin böyük ölçüdə maye ilə örtülməsinə baxmayaraq, xəstənin normal həyat sürməsi həkimləri heyrətə salıb. Nevroloq Dr. Lionel Feuillet "Bu, beynin inanılmaz uyğunlaşma qabiliyyətini nümayiş etdirir. Mövcud toxumalar çatışmayan sahələrin funksiyalarını öz üzərinə götürüb", - deyib.
Xəstənin müalicəsinə başlanılıb və mayenin yığılmasını azaltmaq üçün şunt əməliyyatı planlaşdırılır. Mütəxəssislər xəbərdarlıq ediblər ki, oxşar simptomları olan insanlar mütləq nevroloji müayinədən keçməlidirlər.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
