Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, qanunvericiliyə edilən dəyişikliklərlə 2.5-1 və 2.11-ci yeni bəndlər əlavə olunub.

2.5-1-ci bəndə əsasən, 11.2-4-cü (ikinci halda) və 75.2-1-ci maddənin ikinci (ikinci halda) cümləsində “orqan (qurum)” dedikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
24media.az xəbər verir ki, 2.11-ci bənddə isə 11.2-1-ci (birinci halda), 11.2-3-cü maddələrdə və 75.2-1-ci maddənin birinci (ikinci halda) cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
Arzu Qafarova
