Bu gün:

BSU-da “Yeni dövrün gəncliyi” adlı təqaüd proqramına start verilir


Bakı Slavyan Universitetində (BSU) 2025-2026-cı tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsi üzrə “Yeni dövrün gəncliyi” adlı yeni daxili təqaüd proqramına başlanılır. Bu barədə AZƏRTAC məlumat yayıb.

24media.az AZƏRTAC-a istnadən bildirir ki, BSU-nun rektoru Anar Nağıyev 2024-2025-ci tədris ili ərzində “Yeni dövrün Azərbaycanı” mövzusunda Bakının Suraxanı rayonunda, Abşeron rayonunda, Naxçıvan şəhərində, eləcə də Sədərək və Quba rayonlarında məktəblilərlə bir sıra regional görüşlər keçirib. Təqaüd həmin bölgələrdə yerləşən regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən BSU-ya qəbul olan şagirdlərə şamil edilir. Seçim zamanı həmin görüşlərdə iştirak etmiş şəxslərə üstünlük veriləcək.


Daxili təqaüd proqramı 200 AZN olmaqla, 500-dən yuxarı bal toplayan tələbələr üçün nəzərdə tutulub.


Səidə Abasova

Paylaş
Şərh əlavə et