Bu gün:

Karl Marks və Marksizm nədir?


19-cu əsrin ən nüfuzlu mütəfəkkirlərindən biri olan Karl Marks günümüzün siyasi nəzəriyyəsinə, iqtisadiyyatına və sosiologiyasına dərin təsirlər qoymuş şəxsiyyətdir. 

Karl Marks kimdir?

1818-ci ildə Almaniyanın Trier şəhərində anadan olan Karl Marks filosof, iqtisadçı, tarixçi və inqilabçı mütəfəkkir olub. Onun ən məşhur əsərləri Fridrix Engelslə birgə yazdığı “Kommunist Manifesti” (1848) və daha sonra iqtisadiyyata aid “Kapital” kitabıdır. Marks sənaye inqilabının yaratdığı bərabərsizlikləri araşdıraraq kapitalist sisteminin mahiyyətini və fəaliyyətini təhlil edib. Onun fikrincə, tarix boyu bütün cəmiyyətlər sinfi mübarizə ilə formalaşıb.

Marksizm nədir?

Marksizm Karl Marksın ideyalarına əsaslanan düşüncə sistemidir. Əsasında istehsal vasitələrinə sahib olan azlıq olan burjuaziya ilə onların əməyi hesabına dolanan proletariat çoxluğu arasında münaqişə dayanır.

Marksist nəzəriyyəyə görə:

• Tarixi inkişaf sinfi mübarizə yolu ilə irəliləyir.

• Kapitalist sistemi əməyi istismar edərək sərvəti artırır.

• Bu, istər-istəməz inqilabla yekunlaşır və proletariat hakimiyyəti ələ keçirir.

• Son məqsəd kommunizm, sinifsiz və bərabərlikçi cəmiyyətdir.

Marksizm 20-ci əsrdə Sovet İttifaqı, Çin və Kuba kimi ölkələrdə dövlət ideologiyası kimi qəbul edilib. Bu gün bir çox akademiklər, birliklər və siyasi hərəkatlar hələ də Marksın ideyalarından ilham alırlar. Marksın fikirləri kapitalizm sisteminin tənqidində öz aktuallığını saxlayır.

Karl Marks və marksizm təkcə siyasi terminlər deyil, həm də sosial ədalət, bərabərlik və əmək anlayışları haqqında dərin müzakirələr açan düşüncə irsidir. 200 ildən çox vaxt keçsə də, Marksın ideyaları hələ də müzakirə olunur, tənqid edilir və müdafiə olunur.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et