Bu gün:

Dünyada yalnız bir insanda tapılan qan tipi : "Qvada neqativ"


Tibb dünyasında görünməmiş bir inkişaf baş verib. Fransanın Qvadelupa adasında yaşayan 34 yaşlı qadında dünyada ona xas olan, əvvəllər qeydə alınmamış qan qrupu aşkar edilib. Bu yeni kəşf edilmiş, nadir qan qrupu "Qvada mənfi" adlandırılıb.Qvadelupa Universitet Xəstəxanasında adi qan testi zamanı aşkar edilən qeyri-adi antigen profili mütəxəssislərin diqqətini çəkib. Sonrakı təkmil təhlillər bu qan qrupunun mövcud 43 qan qrupunun heç birinə uyğun olmadığını müəyyən edib.

Qan bankı mütəxəssisi Dr. Pierre Marchand vəziyyəti belə şərh edib : "İlk dəfədir ki, belə qeyri-adi antigen quruluşla qarşılaşırıq. Gwada Negative bütün məlum Rh, Kell, Duffy və MNS sistemlərindən müstəqildir. Nəzəri olaraq, bu şəxsə təcili qanköçürmə lazım olsa, dünyada uyğun donor olmazdı."

Bu vəziyyət göstərir ki, bu fərdin xüsusi tibbi müdafiəyə ehtiyacı var və nadir qan qruplarının genetik mənşəyinə dair gələcək tədqiqatlar üçün əhəmiyyətli bir haldır. Bu qeyri-adi kəşfdən sonra Fransa Səhiyyə Nazirliyi xüsusi genetik tədqiqat proqramına başlayıb. Tədqiqatçılar bu unikal qan qrupunun genetik mənşəyini müəyyən etmək və daşıyıcı ola biləcək qohumları müəyyən etmək üçün DNT skrininqini genişləndiriblər.

"Gwada Negative" adı qadının doğulub böyüdüyü Qvadelupa adasının yerli adı olan "Gwada"-dan gəlir. "Mənfi" antigenin olmaması üçün tibbi istinaddır.

Mütəxəssislər xəbərdarlıq edir: "Bu hallar olduqca nadirdir, lakin tibb dünyası üçün böyük əhəmiyyət kəsb edir. Genetik müxtəlifliyi anlamaq və qabaqcıl qan uyğunlaşdırma texnologiyalarını inkişaf etdirmək insan sağlamlığı üçün çox vacibdir."


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et