Bu gün:

Peşə seçimində istedadın rolu


Bizim fitri istedadlarımız bizi biz edən xüsusi bacarıqlarımızdır. Düzgün peşə seçmək üçün özümüzə verməli olduğumuz ilk suallar “Mən kiməm?”, "Mən necə insanam?" olmalıdır. “Həyatımın qalan hissəsində nə edəcəyəm?” olmalı deyil.

Bəlkə də, fərqinə varmısınız ki, uşaqların şəxsiyyətləri  anadangəlmədir.  Hətta ilk və ya iki ayda körpələr özünəməxsus bir şəxsiyyət nümayiş etdirirlər. Azyaşlı uşaqların xarakterləri, meyilləri, nəyisə bəyənib-bəyənməmələri o yaşdan bəlli olur və bir az dəyişsə də, yetkinliyə qədər davam edir. Eyni dam altında böyüyən, eyni ata-anadan olan bacı-qardaşlar belə bir-birinə bənzəmir. Bizim fitri istedadlarımız bizi biz edən xüsusi bacarıqlarımızdır. Bunlar bizim əsl mənliyimizin toxumlarıdır... Böyüdükdə ailəmizin, dostlarımızın, müəllimlərimizin və medianın, bir sözlə, bütün cəmiyyətin təsirləri və gözləntiləri ilə əzilir və formalaşır. İçimizdən gələn çağırışa məhəl qoymadan, ətrafımızdan razılıq və prestij qazanmaq üçün həyatımızla bağlı qərarlarımızı verməyə çalışırıq. Müəllimlərimizin, ailəmizin və ya başqa böyüklərimizin bizə diktə etdiklərini həqiqət kimi qəbul edərək içimizdəki səsə qulaq asmırıq, böyük insanların sözlərini həvəslə təkrar edirik. Amma düzgün olan, insanın daxili səsini dinləməsi və özünə uyğun peşəni tapmaqdır. Bunun yolu özünü yaxşı tanımaqdır... 

Güclü tərəflərinizə diqqət yetirib onları işinizin mərkəzinə qoya bilsəniz, özünüzü xoşbəxt hiss edəcəksiniz. Dünyanın qalan hissəsi ilə uyğunlaşdığınızı və həmişə bu cür şeylərlə məşğul olmaq istədiyinizi başa düşürsünüz. 

Düzgün peşəni tapmaq üçün etməyi sevdiyiniz, həvəsli olduğunuz və ya sadəcə "Bu tam mənə görədir" adlandıracağınız şey arasında "ortaq nöqtələri" tapmaq çox vacibdir. Bu ümumi məqamlar sizin güclü tərəflərinizdir...

Mənbə: kapadokya.edu.tr

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et