Alimlər Afrikanın şimal-şərqində yerləşən Nubiya çökəkliyində bəşəriyyətin ən qədim yeraltı su ehtiyatlarından birini aşkarlayıblar. Araşdırmalara görə, bu yeraltı su hövzəsi təxminən 7000 il əvvəl, yəni Neolit dövründə yaranıb və bu günə qədər öz təmizliyini qoruyub saxlayır.

Sudan, Misir və Çad sərhədlərində yerləşən bu nəhəng su ehtiyatı təxminən 150 min kub kilometr həcmi ilə dünyanın ən iri yeraltı su sistemlərindən biridir. Yerli əhalinin içməli su ehtiyacını ödəyən bu su təbəqəsi həm də iqlim dəyişikliklərinə qarşı əhəmiyyətli bir təbii resurs sayılır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
