Bu gün:

Ayın fəthi: 1969-cu ildə insanın kosmosdakı ilk addımı


1969-cu il iyulun 20-də amerikalı astronavtlar Neyl Armstronq və Bazz Aldrin Aya enib, Neyl Armstronq isə Aya ilk ayaq basan insan olub. Onun məşhur ifadəsi - “Bu, bir insan üçün kiçik addım, insanlıq üçün böyük sıçrayışdır” - tarixə düşüb. 

Bu missiya prezident Con Kennedinin 1961-ci ildə qoyduğu "onillik bitməmiş Aya insan göndərmək" hədəfinin reallaşması olub.

Ay səfəri Apollon 11 ilə həyata keçirilib. Raketi 1969-cu il iyulun 16-da Kennedy Kosmik Mərkəzindən uçurulub. Üç astronavt - Neyl Armstronq, Bazz Aldrin və Maykl Kollins - kosmosa yollanıblar. Ay orbitinə daxil olduqdan sonra Armstronq və Aldrin “İql” (Eagle) adlı ay modulu ilə səthə eniblər. Missiya zamanı Ayda şəkil çəkilib, bayraq sancılıb və elmi təcrübələr aparılıb. Prezident Niksonla da canlı əlaqə qurulub.

Aya enişdən sonra onlar bir gecə Ayda qalıb, ertəsi gün əsas modulda olan Kollinslə birləşib Yerə qayıdıblar. Sakit okeana uğurla eniş edən Apollon 11, kosmik yarışda ABŞ-ın böyük qələbəsini simvolizə edib.

Apollon proqramı çətin və bahalı olub - 400,000-dən çox mütəxəssis işləyib, təxminən 24 milyard dollara başa gəlib. 1972-ci ildə Apollon 17 ilə Ay missiyaları başa çatıb. O vaxtdan bəri insan Ay səthinə ayaq basmayıb.


Mənbə: History.com

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et