Bu gün:

Fermatın son teoremi nəyə əsaslanır?


Elm tarixində ən uzun müddət həll olunmamış problemlərdən biri olan Fermatın Son Teoremi 358 il sonra, 1994-cü ildə britaniyalı riyaziyyatçı Endryu Uayls tərəfindən sübut edilib. 

London, 1994 Riyaziyyat tarixinin ən məşhur problemlərindən biri olan Fermatın Son Teoremi ilk dəfə 17-ci əsrdə fransız riyaziyyatçısı Pyer de Fermat tərəfindən irəli sürüb. O, kitabının kənarına belə yazıb: “n > 2 üçün xⁿ + yⁿ = zⁿ tənliyinin heç bir müsbət tam həlli yoxdur. Bu teoremin gözəl bir sübutunu tapmışam, lakin səhifə kənarı onu yazmaq üçün çox dardır.” Lakin Fermat bu sübutu heç vaxt təqdim etməyib. 


Teorem əsrlər boyu riyaziyyatçıları məşğul edib. Çoxsaylı uğursuz cəhdlərdən sonra 1994-cü ildə ingilis riyaziyyatçısı Endryu Uayls nəhayət onu sübut edib. Onun həlli müasir cəbri həndəsə və ədədlər nəzəriyyəsinə, xüsusilə, modul formalarla elliptik əyrilər arasındakı əlaqəyə əsaslanıb. 


Vayls'ın sübutu əvvəlcə kiçik səhvdən ibarət olub. Lakin o, bu səhvi tələbəsi Riçard Taylorla düzəldib və son həlli 1995-ci ildə Annals of Mathematics jurnalında dərc olunub.


Bu nailiyyət yalnız Fermat teoremini həll etməyib, həm də müasir riyaziyyatın bir çox sahələrində irəliləyişə səbəb olub. Endryu Uayls 2016-cı ildə bu işinə görə nüfuzlu Abel mükafatına layiq görülüb. 


Fermatın son teoremi artıq sadəcə tarixi bir maraq deyil, riyazi kəşfin gücünü və əzmkarlığın elmdə yerini simvolizə edən uğur hekayəsi hesab olunur.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et