Elmə böyük töhfə verən fiziklər kainatın qanunlarını anlamaqda və texnologiyanın inkişafında mühüm rol oynayıblar. Onların nəzəriyyələri və kəşfləri həm elmi dəyişib, həm də bu günə qədər inkişaflara təsir göstərərək yeni nəsil alimlərə ilham verir.
1. Albert Eynşteyn (1879–1955) – Nisbilik nəzəriyyəsinin atası
Almaniyalı fiziki Albert Eynşteyn xüsusi və ümumi nisbilik nəzəriyyələri ilə məşhurdur. Onun məşhur tənliyi E = mc², enerji və kütlə arasındakı əlaqəni göstərir. 1921-ci ildə fotoelektrik effekt üzrə Nobel Mükafatına layiq görülüb.
2. İsaak Nyuton (1643–1727) – Klassik fizikanın banisi
İngilis alimi Nyutonun cazibə qanunu və hərəkət qanunları fizikanın əsas təməl daşları sayılır. Onun “Philosophiæ Naturalis Principia Mathematica” adlı əsəri elm tarixində inqilabi rol oynayıb.
3. Stiven Hokinq (1942–2018) – Qara dəliklərin sirrini açan alim
Britaniyalı nəzəri fizik Stiven Hokinq qara dəliklərin kvant təsirlərini izah edən araşdırmaları ilə tanınır. Onun “Zamanın Qısa Tarixi” adlı kitabı elmə maraq göstərən milyonlarla oxucu tərəfindən oxunub.
4. Nils Bor (1885–1962) – Atom quruluşunun izahçısı
Danimarkalı fizik Bor atomun strukturunu və kvant mexanikasını izah edən nəzəriyyələri ilə məşhurlaşıb. O, kvant nəzəriyyəsinin inkişafına əhəmiyyətli töhfələr verib və 1922-ci ildə Nobel Mükafatına layiq görülüb.
5. Riçard Faynmən (1918–1988) – Kvant elektrodinamikasının ustası
Amerikalı fizik Riçard Faynmən kvant elektrodinamikası sahəsində aparıcı simalardan biri olub. O, həm də elmi populyarlaşdırmaqda böyük rol oynayıb və unikallığı ilə tanınıb.
6. Mariya Küri (1867–1934) – Radiasiya tədqiqatçısı
Polyak mənşəli fransız fizik və kimyaçı Mariya Küri radiasiya üzərindəki araşdırmaları ilə tanınır. O, həm fizika, həm də kimya üzrə Nobel Mükafatını qazanan yeganə şəxsdir.

Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
