1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakətindən sonra ərazidə bütün canlıların məhv olacağı düşünülürdü. Lakin alimlər illər sonra apardıqları araşdırmalar nəticəsində gördülər ki, bölgədəki bəzi bitki növləri güclü radiasiya şəraitində belə yaşamağa və çoxalmağa davam edir. Məsələn, günəbaxan və bəzi ot bitkiləri torpaqdakı radiasiyanı udaraq öz hüceyrə strukturlarını qorumağı bacarıb.

Bu hadisə elm aləmində böyük marağa səbəb olub və “fitoremediasiya” adlanan, yəni bitkilərin torpağı təmizləmək üçün istifadəsi sahəsinə yeni üfüqlər açıb. Alimlər bu xüsusiyyəti digər çirklənmiş bölgələrdə də tətbiq etməyə çalışırlar. Bu da göstərir ki, təbiət bəzən ən ağır şəraitlərə belə uyğunlaşmaq gücünə malikdir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
