Bu gün:

İELTS yoxsa TOEFL


Son illərdə, xüsusilə, beynəlxalq arenada işləmək və hər kəsin arzuladığı prestijli şirkətlərə qəbul olunmaq üçün ingilis dili biliyini sübut etmək məcburi hala çevrilib. Hansı imtahandan keçəcəyini seçmək, eləcə də, biliyi sübut etmək olduqca çətin görünür. Dil imtahanı dedikdə ağlımıza ilk gələn adlar TOEFL və IELTS olduğu üçün bu iki imtahan arasında seçim etməkdə çətinlik çəkənlər üçün ümumi məlumat vermək istədik.

1) Məqsədinizi aydınlaşdırın

Əvvəlcə, bu imtahanlardan birinə niyə ehtiyacınız olduğunu düşünün. İstər dövlət qurumuna, istər özəl şirkətə, istərsə də, xaricə getmək istərdinizmi, Bu sualın cavabını tapın. Çünki hər bir qurum və ölkənin dil imtahanı ilə bağlı fərqli üstünlükləri ola bilər. Məsələn, IELTS daha çox Böyük Britaniyada, TOEFL IBT isə ABŞ-da qəbul edilir. Müraciət edəcəyiniz ölkədə və ya qurumda hansı imtahanın qəbul edildiyini araşdıraraq seçiminizi edə bilərsiniz. Gələcəkdə sizin üçün yararlı olmayacaq bir imtahan vermək istəməsini.

2) Hansı mühitdə imtahan vermək sizin üçün daha asandır?

Əgər müraciət etdiyiniz yerlər hər iki imtahanı qəbul edəcəksə, imtahanı kağız üzərində yoxsa kompüterdə vermək istədiyinizə qərar verməlisiniz. TOEFL IBT tamamilə kompüterdə aparılır. Digər tərəfdən, IELTS yeni qayda ilə həm kağız üzərində, həm də kompüterdə verə biləcəyiniz bir imtahandır.

3) Özünüzü sınayın

Bu nöqtəyə qədər qərar verməmisinizsə, bir çox test mərkəzləri pulsuz təcrübə imtahanları təklif edir. Hər iki imtahandan birinə gedərək və ya internetdən yükləyərək özünüzü sınamaq sizin üçün faydalı olacaq. Nəticələrə əsasən hansı imtahan növünə daha çox meylli olduğunuzu görüb seçiminizi edə bilərsiniz.

4) Qısaca IELTS

IELTS kağız və ya kompüter üzərində aparıla bilən, oxuma, yazma, dinləmə və danışma bölmələrindən ibarət Böyük Britaniyada əsaslanan bir imtahandır. Bütün bölmələr 9 baldır, ümumi IELTS balı bölmələrin ortalaması alınmaqla hesablanır. İmtahan iki seansda keçirilir. İlk seansda oxuma, dinləmə və yazma ümumi bir sahədə aparılır. İkinci sessiya yalnız iştirakçı və münsiflər heyətinin olduğu bir otaqda nitq testindən ibarətdir. Digər testlərdən bir və ya iki gün sonra danışma testlərini vermək də mümkündür. İmtahan cəmi 2 saat 45 dəqiqə çəkir, sertifikat 2 il etibarlıdır.

5) Qısaca TOEFL IBT

Kompüter və ABŞ əsaslı imtahan olan TOEFL IBT 120 bal üzərində qiymətləndirilir. Bu imtahan IELTS kimi, dörd əsas bacarıq yoxlanılmaqla oxu, dinləmə, yazma və danışma bölmələrindən ibarətdir və hər bölmə 30 bal üzərində qiymətləndirilir. TOEFL IBT bir seansda keçirilir və imtahan 4saat 30 dəqiqə davam edir. İki həftədən bir imtahan vermək mümkündür, etibarlılıq müddəti 2 il, imtahan haqqı 185 dollardır.

6) TOEFL yoxsa IELTS daha asandır?

Bəzi namizədlər IELTS imtahanını çətin hesab edir, digərləri isə TOEFL-in daha çətin olduğunu deyir. TOEFL imtahanının dil və ifadə baxımından bir az daha akademik olduğunu söyləmək mümkündür. Bu, xüsusilə, ali təhsil müəssisələrində ingilis dilini öyrənən şəxslər üçün bir üstünlükdür. Amma, digər namizədlər üçün imtahanın dili ağırdır. Danışıq bölmələrinə baxdığımızda tez-tez TOEFL-in daha çətin olduğu deyilir. Dinləmə mərhələsində IELTS-in TOEFL-dən daha çətin olduğunu söyləmək mümkündür. IELTS-də boşluqlar var. Tək hərf səhvi namizədlər üçün bezdirici ola bilər. Bununla belə, TOEFL çox seçimlidir və bizim test adlandırdığımız imtahan şəklindədir. Beləliklə, səhv etmək riski daha azdır. Əgər sizin qarşınızda dəqiq bir məqsəd yoxdursa və sadəcə olaraq bacarıq sertifikatına sahib olmaq istəyirsinizsə, konsentrasiyanızın hansı mühitdə daha yüksək olduğunu və təcrübə imtahanlarının nəticələrini seçə bilərsiniz. Unutmayın, çətin imtahanlar yoxdur, sizə uyğun olmayan imtahanlar var.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et