Bu gün:

Bugünkü Azərbaycan ədəbiyyatı


24media.az-ın "1 sual,cavab" rubrikasının növbəti qonağı yazıçı Çingiz Abdullayevdir. O, Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətini dəyərləndirib. 

-Bugünkü Azərbaycan ədəbiyyatını necə dəyərləndirirsiniz?

Bugünkü Azərbaycan ədəbiyyatını yüksək qiymətləndirirəm.
Biz də ədəbiyyatımızın inkişafı üçün Azərbaycan Yazıçılar Birliyi olaraq çox işlər görürük. Müxtəlif müsabiqələr keçiririk. Sayılıb seçilən yazıçılarımıza təqaüdlər verilməsi üçün çalışırıq. Gənc şairlərimizin və yazarlarımızın kitablarının çap olunmasında maddi yardım göstəririk. Xüsusi istedada malik olanları fəxri fərman və diplomlarla təltif edirik. Qələm əhlinin tədbirlərinin keçirilməsi üçün əlimizdən gələni edirik. Bir sıra yazıçılarımızı xarici ölkələrdə baş tutan ədəbiyyat müsabiqələrinə göndəririk.

24Media.az xatırladır ki, Azərbaycan Yazıçılar Birliyi 1934-cü il iyulun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərarı alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Hazırda bu birliyin 1510-dan artıq üzvü var. Sədri isə yazıçı Anardır.

Lumu Zülfüqarova 

Paylaş
Şərh əlavə et