Bu gün:

Voleybolun necə kəşf edildiyini bilirsinizmi?


 

Voleybol ABŞ-ın Massaçusets ştatında bədən tərbiyəsi müəllimi Uilyam Morgan tərəfindən ərsəyə gətirilib. O, Kişi Xristian Gənclər Liqasının (KXGL) İdman Klubunda çalışmışdır. Beləliklə, Morgan voleybolu yaratdı.

 1985-ci ildə oynamağa başlayan Morgan, əvvəlcə, bu oyuna "Mintonette"adını verdi. Ancaq sonrakı dövrlərdə zaman keçdikcə oyuna velo  və daha sonra voleybol adı verildi. Morgan voleybol qaydalarını inkişaf etdirdi və bu qaydalar 1916-cı ildə KXGL və Milli İdman Universitetləri Birliyinin (MİUB) əməkdaşlığı ilə təşkil edildi. Voleybol ABŞ-də sürətlə populyarlaşdı. Voleybol oyununun popuIyarlaşmasından sonra İkinci Dünya müharibəsi baş verdi. Bu oyun ABŞ qoşunları vasitəsilə Avropaya köçürüldü. Voleybol üçün Paris Beynəlxalq Voleybol Federasiyası (PBVF) 1947-ci ildə  quruldu.

 Kişilər ilk dünya kubokunu 1949 - cu ildə, qadınlar isə 1952-ci ildə oynadılar. Hal-hazırda İsveçrənin Lozanna şəhərində yerləşən PBVF üzvlərinin sayı 169-dan çox ölkədir.

Voleybolun qaydaları:

Voleybolda məqsəd topu havada saxlamaqdır ki, rəqib komandanın mövqeyinə toxunsun. Komandalar topu ən azı bir dəfə meydançalarında vurmalı və topu əks istiqamətə göndərməlidirlər. Topa 3 dəfədən çox toxunmaq olmaz. Həmçinin, blok zamanı 4 dəfə toxunmaq mümkündür. Meydançaya və  oyuna daxil olan top rəqib komandanın sahəsinə düşməlidir. Topun yerə dəyməsi halları istisna olmaqla, oyun komandanın oyunçuları səhv edənə qədər davam edir.

Mənbə:mynet.com

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et