Bu gün:

Dünyadakı ilk kitab


Bu günə qədər gəlib çatmış kitablar arasında aparılan araşdırmaya görə, tarixdə ilk nəşr olunan kitab Buddanın təlimlərini özündə əks etdirən "Diamond Sutra"dır (Almaz Sutra). O, şagirdi Sübhutiyə Buddanın ağzından deyilən sözləri və nəsihətləri əhatə edir. Ümumilikdə, yeddi səhifə olan bu kitabın altı səhifəsi mətn bölməsidir. Bir səhifədə Buddanı və onun şagirdlərini göstərən “rəsm” (illüstrasiya) var. Səhifələrin ölçüsü 30×75 sm-dir. Mətnin bir hissəsi ağacdan hazırlanmış qəliblə çap edilmişdir.

Kitabın sonunda bir qeyd var:
“Vanq Çieh tərəfindən 868-ci il mayın 11-də onun çox hörmətli valideynlərinin xatirəsi üçün çap edilib, pulsuz paylanacaq.”

Taxta qəliblə çap olunan təsvirdə Buddanın ətrafında kişi və qadın şagirdləri görürük. Bununla yanaşı, iki gülümsəyən pişik təsviri də var. Kitab 1900-cü ildə Taoist bir keşiş tərəfindən Türküstanın Tunhuang bölgəsindəki Min Budda Mağarasından, divarın dibində qalaqlanmış 1300 əlyazma sənədin arasından tapılıb.

Mənbə: nkfu

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et