Bu gün:

Dünya ədəbiyyatında ilk hekayə



Ədəbi sənət bəşəriyyətin ən qədim janrlarından biridir. Ədəbiyyat hadisələri,düşüncələri,hisləri, xəyalları dil vasitəsilə estetik şəkildə ifadə etmək sənətidir.

Ədəbiyyatın müxtəlif növləri var. Hekayə də ədəbiyyatın bir janrıdır. Hekayə real və ya reallığa yaxın bir hadisəni çatdıran qısa nəsr yazılarıdır. Romandan,povestdən və digər janrlardan onunla fərqlənir ki, o, adətən, mühüm hadisə və ya səhnə vasitəsilə intensiv təsir göstərir və az sayda personajı özündə ehtiva edir.
Dünya ədəbiyyatında ilk hekayə XIV əsrdə yazıldığı qəbul edilir. Əslində, şifahi ədəbiyyatda nağıl danışmaq təbii ki, çox köhnə tarixlərə əsaslanır. Buna misal olaraq orta əsrlərdə Hindistanda “Min bir gecə” əsərini göstərmək olar. Ədəbi dəyəri danılmaz olan bu nağıllar şifahi ədəbiyyatın məhsuludur.

Dünya ədəbiyyatında ilk hekayəni italyan şairi və yazıçısı Covanni Boccaccio yazmışdır. Covanni Boccacci 1349-cu ildə başladığı hekayəsini 1352-ci ildə bitirir.
Covanni Boccacci 19-cu əsrdə yazdığı “Dekameron hekayələri” əsəri ilə ilk hekayə nümunəsi olmuşdur.

Mənbə: Milliyet

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et