Erkən yaşda dil öyrənmə fürsətini əldə edənlərgələcəkdə yeni dilləri daha sürətlə qavrayırlar. Yetkinlikdə dil öyrənməyə başlayanlar da beyni aktiv tutaraq həm iş, həm də sosial həyatda özlərinə yeni üfüqlər açırlar. Sonrakı yaşlarda isə bu bacarıq, idraki geriləmə ilə mübarizədə bir “qoruyucu qalxan” rolunu oynayır.

Son illərdə neyropsixologiya və inkişaf psixologiyası sahəsində aparılan araşdırmalar çoxdilli olmanın beynin strukturunu və funksiyalarını dəyişdirə biləcəyini göstərir. 2023-cü ildə nəşr olunan neyropsixoloji tədqiqatlar, iki dilli uşaqların kompleks diqqət testlərində tək dilli həmyaşıdlarına nisbətən daha yüksək bal topladıqlarını ortaya qoyur. Yetkinlik və yaşlılıqda da çox dil danışmağın Alzheimer və demans əlamətlərini gecikdirə biləcəyinə dair tapıntılar mövcuddur.
Bəs hansı yaşda dil öyrənməyə başlamaq daha faydalıdır?
Erkən uşaq dövründə beynin formalaşma qabiliyyəti (neyroplastikliyi) xüsusilə, 0-6 yaş arasında zirvəyə çatır. Bu yaşlarda sinir hüceyrələri arasındakı əlaqələr çox sürətlə qurulur və möhkəmlənir. Buna görə də fərqli dillərə erkən yaşda məruz qalmaq, uşaqların dil mərkəzlərini genişlədərək daha çevik işləməsini təmin edir.
2-11 yaş arası öyrənilən dillər şəxsi inkişafı dəstəkləyir, ikinci dili öyrənən uşaqların üçüncü və dördüncü dilləri çox daha sürətlə öyrənməsinə kömək edir. Bu dövrdə beyin quruluşunu araşdırdığımız zaman, bu dövrün neyron əlaqələri və beynin plastisitesi öyrənilən hər yeni bilik və dillə birlikdə çox daha güclü inkişaf etdiyini görərik.
Ən gec 10 yaşa qədər bu prosesin başlanması məsləhət görülür, çünki daha böyük yaşlarda beynin sinaptik qabiliyyəti və məlumatı qəbul etmə gücü dəyişir Tədqiqatlar uşaqlıq dövrünün dil öyrənmək üçün ideal olduğunu göstərsə də, yenə də yeniyetməlik və yetkinlik dövründə yeni bir dil öyrənmək mümkündür. Tək fərq, beynin plastisitesinin azalması ilə yerli aksent qazanmanın və ya tam axıcılığa nail olmanın bir az daha çox səylə tələb edilməsidir.
İki və ya daha çox dili idarə etmək, beynin diqqətini cəmləmə və lazımsız məlumatları süzgəcdən keçirmə qabiliyyətini gücləndirir; yaddaşı zənginləşdirərək söz ehtiyatları arasında sürətli keçidi mümkün edir.
Çoxdilli böyüməyin üstünlükləri olduğu kimi, diqqət edilməli məqamlar da mövcuddur. Fərqli dillər arasında davamlı keçid etmək bəzən kod dəyişməsi (eyni cümlə daxilində fərqli dillərin qarışdırılması) və ya “söz tapma” çətinliklərinə səbəb ola bilər. Bu, hər nə qədər təbii bir proses olsa da, ailələrdə “dil qarışırmı?” narahatlığı yarada bilər.
Buradakı ən həssas məqam, idraki işləmə proseslərini yavaşlada bilməsidir. Məsələn, fərqli dillər arasında keçid edərkən dil qarışıqlığına səbəb ola bilər, yəni söz tapmaq və ifadə etmək prosesi daha uzun çəkə bilər. Yanlış dildə söz və ya ifadə istifadə etmək halı meydana çıxa bilər. Dil istehsalı və işlənməsi sürətinə baxdıqda bu səviyyələrdə azalma ola bilər. Çünki beyin hansı dildə hansı məlumatın yer aldığını fərqləndirməkdə və lazım olduqda geri çağırma proseslərini idarə etməkdə çətinlik çəkə bilər
Ailələrin evdə “bir valideyn-bir dil” kimi tutarlı strategiyalar tətbiq etməsi və ya hər bir dil üzrə müntəzəm praktikalar etməsi, bu qarışıqlıqları azaltmağa kömək edə bilər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nigar Muştaqova
