24Media.az-ın budəfəki qonağı tarixçi alim Zaur Əliyevdir. O, tarixi şəxsiyyətlərdən danışıb.


İlk olaraq, o, tarixi şəxsiyyətlərin onun üçün ilham mənbəyi olmasından danışıb.
“Xalqın milli şüurunun oyanması, inkişaf etməsi, maariflənməsi üçün mübarizə aparan bir çox şəxsiyyətlər mənim üçün ilham mənbəyi olub və tarixi mənə daha da sevdirib”.
O, Şah İsmayıl Xətai, Nadir şah, Atabey Eldəniz, Nəsib bəy Yusifbəyli, Babək, Nizami Gəncəvi, İmadəddin Nəsimi kimi xalqımız üçün əvəzolunmaz və önəmli şəxsiyyətlərin adını çəkib.
Bu şəxsiyyətlər Azərbaycan tarixində mühüm rol oynayıblar. Onlar ədəbiyyat, fəlsəfə, siyasət kimi sahələrdə fəaliyyət göstərərək xalqın azadlığını, mədəniyyətini və milli dəyərlərini qoruyub, inkişaf etdiriblər.
Zaur müəllim bu şəxsiyyətlərin heç birinin fəaliyyətinin lazımi qədər qiymətləndirilmədiyini də vurğulayıb.
“Nizami Gəncəvi və İmadəddin Nəsimi kimi ədəbiyyatçıların əsərləri bu gün sevilərək oxunmasına baxmayaraq dövründə lazımi qədər qiymətləndirilməyib. Yaxud Şah İsmayıl Xətainin fəaliyyəti. Onun Səfəvi dövlətini qurması və ərazisini genişləndirməsi tarixi əhəmiyyət kəsb edir, lakin bu fəaliyyət bəzən yalnız siyasi cəhətdən dəyərləndirilir. Şah İsmayıl Xətainin mədəniyyət və ədəbiyyat barəsindəki xidmətləridə böyükdür, ancaq bunlar çox vaxt ikinci plana atılıb. Onun şiəlik inancını gücləndirmək üçün atdığı addımlar da əslində geniş bir təsirə malikdir. Lakin onun siyasi idarəetmə üsulları bəzi müasir tarixçilər tərəfindən tənqid edilib və onun fəaliyyətinin haqlı şəkildə qiymətləndirilməməsinə səbəb olub. Şah İsmayıl Xətainin Azərbaycan və İslam dünyasına verdiyi töhfələr, dövlətin qurulmasında oynadığı rol hələ də tam şəkildə dəyərləndirilməyib”.
Tarixin ən böyük problemi onun tarixçilər tərəfindən araşdırılmamasıdır,- deyə
bildirib.
Tarixin tarixi bilən şəxslər tərəfindən arasdırılmaması bəzi tarixi faktların yetərsiz və yaxud yanlış şəkildə çatdırılmasına səbəb olur.
Bununla yanaşı, o, ölkədə kifayət qədər tarixçinin olmadığını da vurğulayıb.
Tarixçi sayının bu qədər az olmasının əsas səbəbi də ölkə tərəfindən bu mövzuya daha az diqqət ayrılmasıdır.
Nigar Muştaqova
