Bu gün:

Keçmiş ABŞ pilotu Avstraliyadan ekstradisiya edilə bilər


Keçmiş ABŞ dəniz piyadası pilotu Daniel Duggan Avstraliyada ekstradisiyaya qarşı etdiyi müraciəti uduzub və ABŞ-ə göndərilməsi ehtimalı artıb. O, 2010–2012-ci illərdə Çinli hərbi pilotlara qanunsuz təlim keçməkdə ittiham olunur.

Avstraliya Federal Məhkəməsi iddianı rədd edərək onun ekstradisiyasına şərait yaradıb. Duggan ittihamları qəbul etmir və Avstraliya vətəndaşı olduğunu bildirir.

Məhkəmə sənədlərinə görə, o, ABŞ hökumətindən icazə almadan hərbi təlim verib. Əgər təqsirli bilinərsə, onu 65 ilə qədər həbs cəzası gözləyir.

Dugganın qərardan şikayət vermək üçün 28 gün vaxtı var. Ailəsi isə qərardan narazı olduqlarını bildirərək hökuməti məsələyə müdaxilə etməyə çağırıb.


Mənbə: BBC

Tərcümə etdi: Aydan Xudayarova



Paylaş
Şərh əlavə et