Bu gün:

Alyaskada ayı iki hərbçiyə hücum edib


ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində yerləşən “Elmendorf-Richardson”hərbi bazası ərazisində iki hərbçi təlim zamanı qonur ayının hücumuna məruz qalaraq yaralanıb.

24media.az Associated Press agentliyinə istinadən xəbər verir ki, hadisə aprelin 16-da bazaya məxsus Arktik-Velli ərazisində səmtləşmə təlimləri keçirilərkən baş verib. Məlumata görə, hərbi qulluqçular təlim zamanı qəfil vəhşi heyvanla qarşılaşıb və ayı onlara hücum edib.


Hərbçilər hücumdan qorunmaq və özlərini müdafiə etmək üçün bibər qazından istifadə ediblər. İlkin məlumata əsasən, bu müdaxilə daha ağır nəticələrin qarşısını almağa kömək edib.


Yaralanan hərbçilər dərhal tibbi yardım üçün hərbi tibb məntəqəsinə çatdırılıb. Onların səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


Qeyd edək ki, Alyaska kimi vəhşi təbiətin geniş yayıldığı ərazilərdə bu cür hadisələr zaman-zaman baş verir və bu səbəbdən açıq hava təlimləri zamanı təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir.


Şehrin Musayeva

Paylaş
Şərh əlavə et