Ankarada davam edən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində Qarabağ Universiteti ilə Türk dünyasının digər ali təhsil müəssisələri arasında, xüsusilə turizm sahəsində qarşılıqlı, faydalı məsələlər müzakirə olunur.

Qarabağ Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qarabağ Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov bildirib. Rektor qeyd edib ki, rəhbəri olduğu ali təhsil müəssisəsinin qarşısında duran əsas məqsədlərdən biri Qarabağda yeni dövrün ən müasir universitetinin yaradılmasıdır. O qeyd edib ki, 2023-cü ildə yaradılan universitet Türk dünyasını təmsil edən ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verir.
Rektor bildirib ki, hazırda Qarabağ Universiteti ikinci tədris ilindədir və burada 34 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.
Amina Paşazadə
