Bu gün:

Səhiyyə yenilənən və spesifik bir sahədir


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı müxtəlif səhiyyə müəssisələrində çalışmış səhiyyə işçisi Günay Quluzadədir. O, uğurlu iş qadını olmağın sirləri haqqında olan düşüncələrini bizimlə bölüşüb.

-Tibb sahəsində, eləcə də işində uğurlu kadr olmağın sirrləri nələrdir?

-Səhiyyə yenilənən və spesifik bir sahədir. Yeni biliklərə ayaq uydurmaq burada əsas perspektivdir. Mütəxəssislərlə birgə fəaliyyət göstərmək, yeni kitablar oxumaq, araşdırmalar etmək tibb sahəsində uğurlu kadr olmaq üçün əsas amildir. Nəyinki səhiyyə işçiləri, sahədən asılı olmayaraq çalışdığın sahəni dərindən bilmək vacibdir. Bunun üçün insan daim öz üzərində çalışmalı, daim araşdırmalar etməlidir. “Uğur qazanmağın sirri, oturmağı bacarmaq və nə istəmədiyinin fərqinə varmaqdır”, - deyə məktəb dövründə  müəllimim qeyd etmişdi. Düşünürəm ki, insanlar nə istədiklərini bildikdə uğur qazana bilmirlər, çünki istəklərimiz hər gün dəyişir. Bu bizim hər gün daha uğurlu, güclü olmağımıza yardım edir. Bəzən doğru bildiklərimizdən imtina etmədiyimiz üçün uduza bilərik, amma insan hər bir məğlubiyyətində gec-tez özünü kəşf edir. Doğru bildiyimiz yolda qarşımıza çox əngəllər çıxa bilər, lakin içimizdəki sevgi və inamın bizi hər zaman tox saxlayacağına əminəm.

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et