Bu gün:

Azərbaycanda qamak sahəsinə tələbat


24media.az-ın budəfəki müsahibi qamak.az brendinin sahibi Ağa Rzazadədir. O, qamak sahəsi haqda danışıb.

-Azərbaycanda yay mövsümü yaxınlaşanda qamak və digər toxuma yelləncəklərə maraq artır. Hazırda qamak sahəsində qiymətlər necədir və Azərbaycanda bu qamakların toxunması üçün xammal necə əldə edilir?

-Bazarda müxtəlif qiymət, ölçü və keyfiyyətdə qamak tapmaq olar. Hətta 30 manatdan başlayan qamaklar belə var. Bizdəki qiymətlər isə 65 manatdan 280 manata qədərdir. Bizdə, təxminən, bu qiymət intervalında 7-8 növ qamak mövcuddur.

Bir gün ərzində 2 və ya 3 qamak hazırlamaq olur. Tələbata gəldikdə, hər yaş kateqoriyasında bu məhsula tələbat var. Hətta kiçik yaşlı uşaq da, böyük də, xanımlar və bəylər də qamakları görür, onlardan alıb istifadə etmək istəyir.

Azərbaycanda qamak toxumaq üçün normal material çox azdır. Biz kətan, poliamid və kapron iplərdən, əsasən də, yerli bazardakı xammaldan istifadə edirik, xaricdən material gətirmirik. Bu xammal da Bakıda 2 yerdə - Sədərəkdə və 8-ci km bazarında mövcuddur.

Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et