Bəzən insanın məşhur olması illər boyu çalışmanı tələb edir, bəzən isə yalnız bir an kifayət edir. Sosial media və internet sayəsində adi bir paylaşım insanların həyatını kökündən dəyişə bilir. Bir gecədə tanınan bu insanlar gözlənilmədən uğur qazanıblar, və bu, onların həyatına yeni istiqamət verib.
1. Niki Libert
Londonlu bir tələbə öz Twitter hesabında yeni tikinti emalatxanasının fotosunu paylaşıb. Bu fotonu Amsterdamda gəzinti zamanı tanış olduğu gəncin – Niki Libertin – görüntüsü ilə yayımlayıb. Twitter istifadəçiləri Nikinin gözəlliyini çox tərifləyib və nəticədə o, "Elit" model agentliyi ilə müqavilə bağlayıb.

2. Badi Vinkel
Bu nənə nəvəsinin onun fotosunu Instagram-da paylaşmasından sonra bloggerlərin ürəyini qazanıb. İndi onun üç milyondan çox izləyicisi var. O, aktiv həyat tərzi keçirir: oyunlar oynayır, imicini dəyişməyə davam edir və tok-şoularda iştirak edir.

3. Arşad xan
Bu 18 yaşlı çay satıcısı İslamabad bazarında işləyirdi və bir fotoqraf onun mavi gözlərini çəkərək Instagram-da paylaşıb. Foto dərhal minlərlə bəyənmə toplayıb və böyük diqqət cəlb edib. İndi Arşad böyük bir model agentliyi ilə müqavilə imzalayıb və film ulduzu olmaq arzusundadır.

4. Filip Duma
Təqaüdə çıxdıqdan sonra Filip "Reddit" saytında öz fotolarını paylaşmağa qərar verib. O, istifadəçilərdən hələ də moda sənayesinə qoşula biləcəyini soruşub. Onun qeyri-adi görünüşü təkcə sosial şəbəkə istifadəçiləri tərəfindən deyil, həm də model agentlikləri tərəfindən yüksək qiymətləndirilib. İndi o, model müqavilələrinə malikdir və nəhayət, model olmaq xəyalını gerçəkləşdirib.

5. Ceremi Miks
Ceremi Miks 2015-ci ilin fevralında silah cinayətinə görə iki il həbs cəzası alıb. Stokton Polis İdarəsi onun portretini Facebook-da paylaşdıqdan sonra internet istifadəçiləri onu "yaraşıqlı cinayətkar" adlandırıblar. Həbsdən çıxandan sonra o, bir neçə model təklifi alıb və indi vaxtını məşhurların əhatəsində keçirir.

Mənbə: Telegrafi
Tərcümə etdi: Arzu Qafarova
