Bu gün:

İlk avtomobil nə vaxt icad edilib?


Avtomobilin tarixi əsl texnoloji macəradır. Bununla belə, bu texnologiya tarixində sosiologiya və elm tarixinə, biznes elminə, iqtisadiyyata və hətta sənətə toxunan və formalaşdıran geniş bir təsir sahəsi var. Avtomobilin tarixi araşdırılarkən qlobal iqtisadiyyatın çevrilməsi, sosiologiya, sənət, elm və biznes anlayışı da araşdırılır.

Avtomobilin tarixi təkərin ixtirası ilə başlayır. Çünki təkər ixtira edildikdən sonra təkər arabası icad olunur. Məhdud məkanda yük daşıma işini asanlaşdıran təkər arabasının illər keçdikcə 600 km/saat sürətlənən maşınlara çevriləcəyini kimin ağlına gətirə bilərdi.  

"İlk avtomobil nə vaxt icad edilib?" sualının cavabı daha mürəkkəbdir. Buna cavab vermək üçün at arabalarını araşdırmaq lazımdır. 

İlk at arabaları Qədim Misir sivilizasiyasında meydana çıxdı. Elit insanların istifadə etdiyi bu 3 təkərli maşınlar, ümumiyyətlə, insanlar tərəfindən qeyri-insani şəkildə çəkilirdi. Zaman keçdikcə atların bu iş üçün daha səmərəli olacağı anlaşıldı. At arabaları belə yarandı. Kabin və lüks at arabası modelləri ilə işlər xeyli yaxşılaşdı. Ancaq "heç vaxt kifayət deyil" düşüncəsi bəşəriyyətə daha sürətli bir şey tapmağa vadar etdi.

19-cu əsrdə çoxumuzun rəssam kimi tanıdığı, lakin, əslində, əsl dahi olan Leonardo da Vinçi ilk avtomobilin eskizlərini işləyib hazırladı. Buna görə də, avtomobili ilk kimin icad etdiyi sualına cavab olaraq tez-tez Leonardonun adını çəkirik. Bu eskizlər avtomobilin ixtirasına ilham verdi. Xarici görünüşü təkər arabasına bənzəsə də, mexanizmi olan özüyeriyən maşın idi. Buxarda işləyirdi. 

Buxar Mühərriki

Leonardonun eskizlərinə aludə olan bir fransız 1769-cu ildə dünyanın ilk buxarla işləyən avtomobilini düzəltdi. Nicholas Cugnot adlı zadəgan buxar mühərriki ilə işləyən ilk quru nəqliyyat vasitəsini yaratdı. Cugnotun avtomobil dizaynı üç təkərli idi. Onun nəhəng buxar qazanı ilə işləyən buxar mühərriki var idi. Bu avtomobil saatda təxminən 4,5 kilometr sürətlə gedirdi. Bundan sonra onlar elektromobil modellərini sınaqdan keçiriblər, lakin məsafə və sürət problemlərinə görə onlara kifayət qədər diqqət yetirilməyib. 

Dünyanın İlk Avtomobil Markası    

Buxarla işləyən avtomobil ideyası böyük olsa da, bu, çox baha başa gəldi və açığı, çox sürətli deyildi. Bu fikir yaxşı dayanmadı. Lakin bu, yeni ideyalar üçün gözəl bir ilham mənbəyi olmuşdur. Bu gün göz qamaşdıran Mercedes – Benz markası var, onun təsisçisi daxili yanma mühərrikli ilk avtomobilin dizayneri hesab olunur. Bir çox texnologiya tarixi mənbələrində Karl Benz tərəfindən istehsal edilən Benz Patent Motorwagen adlı model ilk avtomobil sayılır. Əgər belədirsə, dünyanın ilk avtomobil markası nədir sualının cavabı Mercedes-Benzdir. 

Yeni brendlər və istehsalçılar

Avtomobilin nə vaxt icad edildiyi sualına cavab verdikdən sonra bu mövzuda baş verənləri izləmək lazımdır. Daxili yanma mühərrikinin rezin təkərlə birləşməsi üçün 1800-cü illər lazım idi. Bu ikili əla iş gördü. Çox sürətli maşınlar peyda oldu. Amma hamısı əl işi idi. Buna görə də nəqliyyat vasitəsinə sahib olanlar məhdud sayda özəl şəxslər idi. 900-cü illərdə Henri Ford belə düşünürdü,-“Hər kəs bir avtomobil ala bilsəydi, biz nə qədər satardıq”.    

Ford cəmiyyətdə sayca çox olan fəhlə sinfinin avtomobil ala bilməsinə əmin olmağın vacibliyini anlayan uzaqgörən idi. Burada həll edilməli iki problem var idi:

1. İşçi sinfinin maşın alacağını və ya maşının qiymətinin onların da olacağını

2. Bu qədər avtomobilin istehsalı üçün daha sürətli sistem tapmaq

Cənab Ford hər ikisini həll etdi. O, fəhlə sinfinə verilən bəzi müavinətlərdə və maaşlarda təkmilləşdirmələr etdi. Sonra o, kütləvi istehsal üçün lentlər hazırladı. Beləliklə, vaxt vahidi üçün daha çox avtomobil istehsal etdilər. Bu, ciddi xərc üstünlüyü təmin etdi. 

Avtomobillərin kütləvi istehsalı və genişləndirilməsi

Kütləvi istehsalla avtomobillər artıq hər kəs üçündür. Əlbəttə ki, müxtəlif markalar və hətta müxtəlif sektorlar Fordun kütləvi istehsal xəttini sınadılar. Zamanla inkişaf etmişdir. 

Mənbə:yolcu360.com

Tərcümə etdi:Hüseyn İlyasov

 




Paylaş
Şərh əlavə et