Bu gün:

"Chagall's America Windows"


"İncəsənətin inciləri" rubrikası Şaqalın "Chagall's America Windows" əsərini təqdim edir.

Şaqal sürrealist, yuxuya bənzər rəsmləri ilə məşhur olsa da, onun irsinin bir hissəsi kimi həyatda xidmət edəcək sonrakı vitrajları da olub. Şaqal rəng ustalığını vitraj parçalarına çatdıraraq heyranedici, böyük ölçülü parçalar yaradıb. O deyib: “Mənim üçün vitraj ürəyimlə dünya arasında şəffaf divardır. Vitrajlar ruhlandırıcıdır, cazibə və ehtiras tələb edir. O, aldığı işıq vasitəsilə canlanmalıdır”.

Təəccüblüdür ki, Şaqal köməkçisi Çarlz Mark ilə yetmiş yaşına qədər vitrajlarla işləməyə başlamayıb. Markın köməyi ilə Şaqal fasiləsiz paneldə üç rəngə qədər istifadə etməyə imkan verən bir texnikanı inkişaf etdirib. Bundan əvvəl vitraj sənətkarları hər bir rəng panelini qurğuşun zolaqları ilə ayırmalı olublar, lakin Mark incə rəng çalarına səbəb olan parıldayan şüşə üzərində turşu ilə aşındırma istifadə edib. Sonra o, şüşələri elə yığıb ki, şüşəyə həkk olunan təsvirləri ayırmaq və kəsmək üçün qurğuşun qamışından istifadə etmək lazım olub. Bundan sonra, Şaqal boya ilə şüşəni birləşdirmək üçün sobada yandırmazdan əvvəl şüşənin üzərini rəngləyə bilib. "Chagall's America Windows" 1977-ci ildə Çikaqo İncəsənət İnstitutuna hədiyyə olaraq təqdim edilib və ABŞ-nin iki yüzilliyi üçün vaxtında tamamlanıb. Şaqal bu parçanı Çikaqoya hədiyyə etməyi və onu Çikaqonun mərhum meri Riçarda həsr etməyi seçib; Daley şəhərin sənətə olan həvəsindən təsirlənib.

Altı panel daxilində Şaqal Birləşmiş Ştatların zəngin mədəniyyət tarixini qeyd edən motivləri daxil edib. Bütün panellərdə Şaqal musiqi ilə Amerikanın tarixinə, xüsusən də ritm və bluz (birinci paneldə musiqiçilərin, alətlərin və musiqi partiturasının təsvirləri ilə) ədəbiyyatın və yazılı sözün təsirinə (üçüncü hissədə baxılır) eyhamlar daxildir. 

Tarixçilər Şaqalın pəncərəyə daxil etdiyi təfərrüatlara konkret məna aid edilməli olub-olmaması, yoxsa sadəcə estetik baxımdan Şaqal üçün cəlbedici olduqları üçün daxil edildikləri ilə bağlı şübhəlidirlər.

Mənbə: singularart.com

Tərcümə etdi: Talehə Hüseynzadə 

Paylaş
Şərh əlavə et