Bu gün:

“Qiymətlər artan xətt üzrə gedir”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi əmlak eksperti Elnur Fərzəliyevdir. Azərbaycanın əmlak bazarında köhnə tikililər haqqında danışıb.

- Azərbaycanın əmlak bazarında köhnə tikililərin hazırkı qiymətləri necədir? 

Bakı şəhərində, xüsusilə də, köhnə tikili binaların, yəni istismar müddətini bitirmiş 2, 3, 4, 5 mərtəbəli binalardakı mənzillərin satış qiymətində son bir neçə ildi ciddi qiymət artımları var. 2016 cı ildən başlayaraq, Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüləri başladıldı. Bu günə qədər çoxsaylı köhnə qəzalı vəziyyətdə olan binalar sökülüb, yeni tikli binalarla əvəzləndi. Vətəndaşların sökülmüş köhnə binalarının yerində yeni binalar tikildi və vətəndaşlara yeni binalardan ümumi sahəsi daha böyük olan tam təmirli mənzillər verildi. Bu mənzillərində satış qiyməti köhnə mənzillərin satış qiymətindən 2 dəfəyə qədər artıqdır. Bundan əlavə, mənzilləri sökülən mənzil sahiblərinə bina tikilib təhvil verilən günə qədər kirayə pulları, köç və digər xərclər tikinti şirkətləri tərəfindən qarşılanır. Təqribən 2, 3 il bundan əvvəl 20 yanvar, Memar Əcəmi, İnşaatçılar metro stansiyalarında bir otaqlı, fransız və digər lahiyəli köhnə tikili binalardakı mənzillərin  satış qiyməti təqribi 60-70 manat arasıdırsa, hazırda bu ərazilərdə həmin bir otaqlı mənzillərin satış qiymətləri təqribi 85-95 manat arası dəyişir. Xüsusilə də, iki otaqlı, köhnə tikili binalarda 3 il bundan əvvəlki mənzillərin satış qiymətləri 75-85 manat arasıydısa, hazırda o qiymətlər 110-120 min manat arası dəyişir. İstismar müddətini bitirmiş bu binalar ipoteka predmetinə çevrilə bilmir. Yəni bunların kapitallaşması sıfıra enib. Qiymətlər artan xətt üzrə gedir. Bu, müvəqqəti xarakter daşıyır. Bir müddət sonra qiymətlərdə azalma müşahidə oluna bilər.

Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et