Günəş bir ulduzdur və bir ulduzun partlamasına supernova deyilir. Bu cür partlayışlar çox parlaq və güclüdür. Onlar kosmosa çoxlu toz buraxır və bu toz yeni ulduzlar və planetlər yaratmaq üçün istifadə olunur. Bizim Günəş sistemimiz də bu partlayışlardan meydana gələn maddələrlə yaranıb.
•Günəşin məhvi:
Günəşin təxminən 5.000.000.000 ildən sonra yanacaq ehtiyatı tükənməyə başlayacaq. Bu Tyrannosaurus Rex-in məhv olmasından 77 dəfə daha uzun bir müddətdir.
Günəş enerjisi tükənməyə başlayandan bir qədər daha soyuq olacaq, astronomların "qırmızı nəhəng" adlandırdığı bir hala çevriləcək. O qədər böyük olacaq ki, Merkuri, Venera və hətta Yer planetini "yeyəcək".
Günəş qırmızı nəhəng halında olarkən böyük, şişkin olacaq və xarici qatlarını Günəş sistemindən kənara üfürməyə başlayacaq. O getdikcə kiçiləcək və nəhayət, "ağ cırtdan" adlandırdığımız bir hala çevriləcək.
•Ağ cırtdan nə deməkdir?
Ağ cırtdan ölü bir ulduzun nüvəsidir. Onlar çox ağırdır və Günəş qədər çəkiyə malikdir, lakin yalnız Yer qədər ölçüyə sahibdir. Bir çay qaşığı ağ cırtdan maddəsi təxminən 6.000 kiloqram çəkə bilər – bu, yetkin bir fil qədərdir!
Günəş ağ cırtdana çevrildikdə, Günəş sisteminin çox hissəsi hələ də mövcud olacaq. Merkuri, Venera və Yer yox olacaq, lakin Mars, Yupiter, Saturn, Uran, Neptun sağ qalacaq və Günəşin ətrafında dövr etməyə davam edəcək. Asteroid qurşağı, Kuiper qurşağı və Pluton kimi cırtdan planetlər də dövr etməyə davam edəcək.
Mənbə: University of Warwick
Tərcümə etdi: Arzu Qafarova
