Kameranın icadı prosesi amerikalı ixtiraçı George Eastmanın qurudulmuş vərəqləri inkişaf etdirməsi və diyircəkli filmləri tanıtması ilə başlayıb. İlk hərəkətli filmi çəkən İskoç ixtiraçı John Logie Baird fotoqrafiya avadanlıqları istifadə etmədən mexaniki televizor tarayıcısı ilə bu sahədə əhəmiyyətli bir addım atıb.

Filmin icadı öncəsi şəkillərin döndərilməsi ilə hərəkətli görüntülər yaradılıb. Film istehsalı uzun rulonlar halında edilməyə başlandıqda, bu filmlərə görüntü qeyd edəcək mexanizmlərin inkişaf etdirilməsi lazım idi. Başlanğıcda kameramanın sinxronizasiyanı təmin etmək üçün mahnı oxuması tələb olunub; lakin bu metod effektiv olmayıb. Zamanla yaylı maşınlar icad edilib, lakin hələ də sinxronizasiya problemləri davam edib.
Araşdırmalar nəticəsində insan gözünün 25 kadr saniyə sürətində hərəkəti davamlı olaraq algıladığı aşkar edilib. Bu nəzəriyyə müasir film kameralarının əsasını təşkil edib və saniyədə 25 kadr fotoşəkil çəkə bilən kameralar inkişaf etdirilib. Bu inkişaflar günümüzün müasir kameralarının təməlini qoyub.
Mənbə:Atlantis kütüphanesi
Tərcümə etdi:Fidan Fərmanlı
