Bu gün:

Ölümcül 6 virus


Dünyada insan sağlığını təhdit edən bir çox ölümcül xəstəliklər mövcuddur. Bu viruslar müxtəlif yollarla yayılır. Ölümcül 6 virusa diqqət edək:


 

Ebola Virus:İnsanlarda bilinən Ebola xəstəliyi 1976-cı ildə Sudan və Demokratik Kongo Respublikasında eyni anda baş verib. Ebola qan və digər bədən mayeləri ilə ya da yoluxmuş insan və ya heyvanlarla yaxın təmas yolu ilə yayıla bilir. Boston Universitetinin mikrobiyologiya dosenti Elke Muhlberger Ebola epidemiyalarının ölümcüllüyünün böyük ölçüdə dəyişkənlik göstərdiyini bildirib.


Marburq Virus:1967-ci ildə Uqandadan Almaniyaya gətirilən yoluxmuş meymunlaf üzərində aparılan tədqiqat zamanı laboratuvar işçilərində kiçik bir epidemiyanın baş verdiyi görülüb. Marburq virusu qanamalı qızdırmaya səbəb olur, yoluxmuş şəxslərdə yüksək temperatur, qanamalar, şok və orqan çatışmazlığı kimi simptomlar ortaya çıxır ki, bu da ölümlə nəticələnə bilər.


Quduz Virus:1920-ci illərdə heyvanlar üçün quduz aşısının tapılması, bu xəstəliyin inkişaf etmiş bölgələrdə az görünməsini təmin etsə də, quduz hallarının Hindistan və Afrikanın bəzi bölgələrində ciddi problem olmağa davam edir. Beyni zədələyən quduz virusu üçün dərman var, lakin quduz bir heyvanın dişlədiyi şəxslər müalicə olunmazsa, ölüm qaçılmazdır.


HIV Virusu:Bu virus 1980-ci illərin əvvəllərində ortaya çıxmış və o gündən bəri 32 milyon insanın ölümünə səbəb olmuşdur. Güclü antiviral dərmanlar, HIV-lə yaşayan insanların illərlə yaşamasını mümkün etsə də, bu xəstəlik yeni yoluxmaların baş verdiyi bir çox aşağı və orta gəlirli ölkəni hələ də təsir edir və %95 ölüm nisbəti ilə tanınır.


Hantavirus:İnsandan insana keçməyən hantavirus adətən yoluxmuş siçanın dışkısına məruz qalma yolu ilə yayılır. Clinical Microbiology Reviews jurnalında 2010-cu ildə yayımlanan bir məqaləyə görə, 1950-ci illərdə Koreya Müharibəsi zamanı fərqli bir hantavirus epidemiyaya səbəb olmuş və bu xəstəliyə 3 mindən çox əsgər yoluxmuş, onlardan təxminən %12-si həyatını itirib.


Mənbə:Atlantis kütüphanesi


Tərcümə etdi:Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et