Bu gün:

Niyə yuxu görürük?


Yuxu yatmağın bir prosesidir. Yuxu prosesi hər gecə 5 dəfə təkrarlanır. Gecənin ilk yarısında daha qısa müddətli olur, sabaha yaxın isə daha uzun müddət davam edir. Yuxusu normal olan, yuxu strukturu yaxşı olan insanlarda yuxu hər gecə görülən bir prosesdir.



Yuxu görən insanlar yuxu gördüklərini anlayırlar. Bu zaman insan yüngül şəkildə ayıq vəziyyətdə, ya da ayıqlıq hissinə yaxın bir durumda olur. Bu şəkildə insanlar yuxunun içində olduqlarını hiss edə bilərlər, lakin nə qədər yuxu, nə qədər reallıq olduğunu ayırd etmək çətin olur. Ayılanda yuxu gördüklərini anlayırlar. Əgər yenidən yatmağa gedərlərsə, yatmağa davam edə bilərlər.


Bu vəziyyətdə insanlar gördüklərinin yuxu olduğuna inanmağa meyilli ola bilərlər. İnsan tam olaraq ayıldığında yuxu gördüklərini dərk edirlər. Tam ayılma vəziyyəti yuxunun geridə qaldığı fikrini yarada bilər. Tam ayılmadığı hallarda yenidən yuxuya gedilsə, reallıqla ryuxu arasında qalma vəziyyəti meydana gəlir, lakin bu vəziyyətdə yuxunun nə olduğunu anlayaraq yatmağa davam edirlər.


Heyvanlar da yuxu görür. Heyvanlar arasında adətən məməlilər yuxh görür. Aparılan araşdırmalara görə, ən çox yuxu görən heyvan itlərdir. İt yuxuda ikən izlənildikdə, yatdığı zaman quyruğunu salladığı müşahidə olunur. Bu halda, itlərin yuxu gördüyünü anlaya bilərsiniz. Pişiklərin isə yuxuda ikən bıyığlarının oynadığını görsəniz, onların yuxu gördüklərini rahatlıqla başa düşə bilərsiniz.


Mənbə:Atlantis kütüphanesi


Tərcümə etdi:Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et